ONN İnformasiya Agentliyi

Fələstin rəsmisi: “ABŞ-ın maraqlarına ziyan verəcək təbdirlərə əl ata bilərik”

Fələstin rəsmisi: “ABŞ-ın maraqlarına ziyan verəcək təbdirlərə əl ata bilərik”
14 Dekabr 2017 - 20:47

“İsrail beynəlxalq hüquq normalarını qəbul edib, ona uyğun davranmayanadək biz bütün müsəlmanları bu ölkənin məhsullarını boykot etməyə çağırırıq”.

ONN media “Report”-a istinadən xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbasın müşaviri Mahmud Sidki əl Habbaş bildirib.

“ABŞ-ın atdığı addımlara görə boykot Amerika mallarına da aiddir. ABŞ və İsrail eyni tərəfdədir. Bu müsəlman cəmiyyətinin maraqlarına ziddir. Bizim müqəddəs yerlərimizə aid məsələlər olanda dözə bilmərik. Biz bölgədə və dünyada onların (ABŞ və İsrail) maraqlarına ziyan verəcək təbdirlərə əl ata bilərik”, – deyə müşavir vurğulayıb.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donlad Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə qərar verib.

Buna cavab olaraq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyıb. Bununla bağlı qərar İƏT-in İstanbulda keçirilən fövqəladə zirvə toplantısında qəbul edilib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png