ONN MEDİA

F-35 döyüş təyyarələri təlimlərini davam edəcəkmi?- SON NÖQTƏ

F-35 döyüş təyyarələri təlimlərini davam edəcəkmi?- SON NÖQTƏ
12 İyun 2019 - 11:37

ABŞ Türkiyə ilə gərginliyə səbəb olan S-400 müdafiə kompleksi və F-35 döyüş təyyarələri ilə bağlı müzakirələr aparacaq.

ONN media xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanaxan bildirib.

Polşalı həmkarı Mariusz Blaszczak ilə Pentaqondakı görüşdən öncə jurnalistlərə açıqlama verən Şanaxan qeyd edib ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar ilə S-400 böhranını telefonda müzakirə edəcək. Həmçinin, türk pilotlatın F-35 döyüş təyyarələri təlimlərini davam etdirib-etdirməyəcəyinə də aydınlıq gətiriləcək.

Bu arada, ABŞ Polşada raketdən müdafiə bazası quracaq. ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Rud bu bazanının inşa edilməsində qətiyyətli olduqlarını dilə gətirib.

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png