ONN İnformasiya Agentliyi

Fermerlər yolu bağlamağı planlaşdırır

Fermerlər yolu bağlamağı planlaşdırır
25 Yanvar 2024 - 19:16

Fransada fermer etirazlarının iştirakçıları hökumətin onları qane edəcək qərarı verməyəcəyi təqdirdə, cümə günü Parisə gedən yolları bağlamağı planlaşdırırlar.

Bu barədə İl-de-Frans regionunun həmkarlar ittifaqının bəyanatında bildirilir.

Xüsusilə, həmkarlar ittifaqları FDSEA və “Jeunes agriculteurs d’Ile-de-France” (“İl-de-Fransın gənc fermerləri”) bütün üzvlərini paytaxt ətrafındakı əsas magistral yollarda toplaşmağa çağırıblar. A1, A15, A13, A10, A11 və A6 yolları yerli vaxtla saat 14:00-dan gecə yarısına qədər (Bakı vaxtı ilə 17:00-03:00 – red.) bağlana bilər. Nümayişlərin dəqiq harada keçiriləcəyi hələlik məlum deyil.

Qeyd edək ki, sənaye nümayəndələrinin inflyasiya və Ukraynadan Fransaya kənd təsərrüfatı məhsullarının idxalının artması nəticəsində gəlirlərin azalmasından narazılıqları fonunda Fransada kütləvi fermer nümayişləri keçirilir. Etiraz əlaməti olaraq fermerlər traktorlardan istifadə edərək yolları bağlayır və hökumət binaları qarşısında nümayişlər keçirirlər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png