ONN İnformasiya Agentliyi

Filippində dalğa bərəni aşırdı – 251 nəfər dənizə töküldü

Filippində dalğa bərəni aşırdı – 251 nəfər dənizə töküldü
21 Dekabr 2017 - 15:59

Filippində paytaxt Maniladan 70 km şərqdə 251 nəfəri aparan bərə batıb.

ONN media Trend-ə istinadən xəbər verir ki, Filippin Sahil Mühafizəsi ölü və yaralı sayının hələ dəqiq bilinmədiyini bildirib. Hadisə yerinə çox sayda helikopter göndərilib.

Yerli radiolardan biri bərənin batması nəticəsində ən azı 4 nəfərin öldüyü barədə xəbər yayıb.

Qəzaya əlverişsiz hava şəraiti və böyük dalğaların səbəb olduğu bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png