FİLM KİMİ OLAY- Şəhər meri timsahla evləndi

Meksikanın San-Pedro-Uamelula şəhərinin meri Viktor Uqo Sosa timsahla evlənib.

ONN media xəbər verir ki, qəribə görünsə də, bu evlilik ölkənin qədim rituallarından hesab olunur. Məqsəd məhsul bolluğu və çaylarda balıqların sayının artırılmasıdır.

Mərasim zamanı mer ağ paltar geyindirilmiş timsahla birlikdə küçə boyu gəzib, onu insanlara nümayiş etdirib. Daha sonra tədbir musiqi və rəqslərlə davam edib.