Finlandiyada prezident seçkilərinin qalibi məlumdur

Finlandiyanın hazırki prezidenti Sauli Niinistö ölkə prezidenti seçkilərində qalib gəlib.

Trend-in məlumatına görə, seçicilərin 100 faizinin səsləri hesablandıqdan sonra Sauli Niinistö 62,7 faiz səs toplayaraq qalib gəlib.

Finlandiyanın Ədliyyə Nazirliyinin məlumatında deyilir: "Sauli Niinistö 62,7 faiz səs toplayıb, digər namizədlər – 15 faizdən az".