ONN İnformasiya Agentliyi

Fransada səfərbərlik elan edildi

Fransada səfərbərlik elan edildi
23 Mart 2023 - 16:26

Fransada pensiya islahatı qanun layihəsinin qəbul edilməsi ilə bağlı etiraz nümayişləri səngimək bilmir.

ONN media xəbər verir ki, bu gün ölkədə ümumi səfərbərlik elan edilib. Bir çox mühüm obyektlərdə tətillər davam edir.

Məlumata görə, həmkarlar ittifaqlarının tətil çağırışına bir çox mətbuat orqanları da qoşulub. Radio və televiziya yayımı, eləcə də internet səhifələrinin fəaliyyəti dayanıb.

Fransanın şəhərlərində nümayişçilər pensiya islahatları ilə hökumətin onları radikallaşdırdığını bildiriblər.

Bu gün bütün ölkə ərazisində insanlar etiraz nümayişinə çıxıblar. Aeroportlar kerosin çatışmazlığı ilə üzləşiblər. İctimai nəqliyyat isə tamamilə pozulub. Bir çox şəhərlərdə etirazçılar nümayişi gecə saatlarında da davam etdirirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png