ONN İnformasiya Agentliyi

Fransız qoşunlarından PKK-ya dəstək üçün ilk HƏMLƏ

Fransız qoşunlarından PKK-ya dəstək üçün ilk HƏMLƏ
04 Aprel 2018 - 16:12

Fransanın 60 nəfərlik ilk hərbi birliyi Suriyanın Ayn İsa bölgəsinə yerləşib

 Fransanın 60 nəfərlik ilk hərbi birləşməsi Suriyanın Ayn İsa bölgəsinə yerləşib. 

ONN media "Haber7"ə istinadla xəbər verir ki, PKK-ya aid qərargah və nəqliyyat vasitələrində Fransa bayraqları ucaldılıb. Fransız əsgərlər ərazidə gün ərzində terrorçularla bir neçə dəfə patrul xidməti aparırlar.

Fransalı hərbçilərin gəlişi ilə eyni vaxtda PKK terrorçuları həmin bölgədə fəallaşıb və mülki şəxslərə qarşı hücumlar həyata keçirməyə başlayıblar. Terror təşkilatı mənsubları gün ərzində bəzi mülki binalara basqın edərək insanları əsir götürüblər. Onlar əsir saxladıqları insanları canlı qalxan olaraq istifadə edə biləcəklərini deyiblər.

Onu da qeyd edək ki, bölgəyə gələn fransız hərbçiləri arasında digər ölkələrdən gətirilən muzdlu döyüşçülərin də olduğu bildirilir.

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png