ONN İnformasiya Agentliyi

GƏRGİNLİK DAVAM EDİR: Erməni xalqı küçələri BAĞLADI

GƏRGİNLİK DAVAM EDİR: Erməni xalqı küçələri BAĞLADI
25 Fevral 2021 - 10:27

Ermənistanda müxalifətin hökumət əleyhinə kütləvi etirazları yenidən başlayıb.

ONN media  xəbər verir ki, nümayişçilər küçələri bağlayaraq nəqliyyatın hərəkətinə mane olub.

Fəallar “Nikolsuz Ermənistan” şüarları səsləndirir.

Daşnaksütyun Partiyasının üzvü Gerasim Vardanyanın sözlərinə görə, etiraz aksiyaları Nikol Paşinyan və komandası hakimiyyətdə olduğu müddətcə davam edəcək.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Bir sıra müxalifət qüvvələri hökumət başçısı vəzifəsinə Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyanın namizədliyini irəli sürüb. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir.

Öz növbəsində, hökumət ilin sonunda Nazirlər Kabinetinin istefasını gözləmədən bu il növbədənkənar parlament seçkilərinin təşkili təklifi ilə çıxış edib. Müxalifət qüvvələri onların nəticələri saxtalaşdıracağına inanaraq bu seçimlə razılaşmayıb. Nəticədə Paşinyanın komandası erkən seçki fikrindən imtina edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png