ONN İnformasiya Agentliyi

Güclü dolu yağdı – Azərbaycanlılara ciddi ziyan dəydi

Güclü dolu yağdı – Azərbaycanlılara ciddi ziyan dəydi
11 İyul 2019 - 23:33

Aramsız dolu və güclü külək Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna ciddi ziyan vurub.

ONN media xəbər verir ki, rayonun Şulaveri, Daştəpə və İmir kəndlərinə yağan dolu fəsadlara səbəb olub.

Təbiət hadisəsi nəticəsində bir neçə evin dam örtüyü, əkin sahələri və bəzi avtomobillərə ciddi ziyan dəyib.

Güclü külək bəzi kəndlərdə bir neçə ağacın aşaraq elektirik xətlərini zədələməsi ilə nəticələnib.

Dolunun Marneuli rayonuna vurduğu zərərin həcmi hesablanır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png