ONN İnformasiya Agentliyi

Güclü külək İstanbulda fəsad törədib

Güclü külək İstanbulda fəsad törədib
29 Noyabr 2023 - 21:46

İstanbulda kəskin hava şəraiti səbəbindən bir nəfər ölüb.

ONN media xəbər verir ki, bu barədə İstanbul valiliyinin şəhərdə güclü külək və leysanın son 24 saat ərzində yaratdığı fəsadlarla bağlı məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, küləyin aşırdığı elektrik dirəyinin altında qalan bir nəfər həyatını itirib.

İstanbul və Bursada dəniz səfərləri təxirə salınıb. İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb. Külək ümumilikdə 27 tikilinin dam örtüyünü uçurub, 43 ağac kökündən qopub, bir ərazidə torpaq sürüşməsi qeydə alınıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png