Gülən bunun əvəzini ağır ödəyəcək – Ərdoğan

Fətullah Gülən hesab edir ki, ABŞ onu daima qoruyacaq.

Axar.az xəbər verir ki, bunu Tokatda əhali qarşısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Bu vətəni böldürtməyəcəyik. 780 min kvadrat kilometr ərazi şəhid qanları ilə yoğrulub. Pensilvaniyada sənin nə işin var? Zənn edir ki, Amerika ölənə qədər onu qoruyacaq. Səni bir az da istifadə edib, sonra çirkli paltar kimi qapının önünə atacaqlar. Sən millətə xəyanət etdin, bunun əvəzini ağır ödəyəcəksən”, – deyə o bildirib.