Güney Azərbaycanda güclü zəlzələ olub

Xoy şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutuna bağlı Milli Seysmoloji Mərkəzdən məlumat verilib.

“Bu gün, 18 yanvar saat 13:38:12 radələrində Qərbi Azərbaycan əyalətinin Xoy şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5,4 bal gücündə baş verib. Zəlzələnin dəqiq yeri 44,58 dərəcə uzunluq, 38,58 dərəcə enlik və 10 kilometr dərinlikdə qeydə alınıb” – məlumatda deyilir.

Həmçinin bu gün saat 13:19 radələrində eyni ərazidə 3,6 bal gücündə daha bir zəlzələ baş verib.

Bu zəlzələnin dağıntıları barədə hələlik məlumat yoxdur.