Gürcüstan Rusiya ilə sərhəddi bağlayır?

Gürcüstanın Rusiya ilə quru sərhədini bağlaması və girişini məhdudlaşdırması üçün heç bir əsas yoxdur.

ONN media xəbər verir ki, bunu Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri deyib.

Onun sözlərinə görə, son bir neçə gündə Gürcüstana 250 min Rusiya vətəndaşının gəlməsi ilə bağlı yayılan məlumatlar yalandır:

“Bilmirəm bu rəqəmlər hardan götürülüb. 4-5 gün əvvəl ölkəyə gələnlərin sayı 6 min idi, indi bu say 10 minə çatıb. Ruslar hər zaman Gürcüstana gəliblər, indi də gəlirlər. Onların gəlişinə niyə qadağa qoyaq ki?”, – Qomelauri bildirib.