Gürcüstanda daha bir zəlzələ baş verdi

Gürcüstanda dah bir yeraltı təkan qeyd alınıb.

ONN media  xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Dmanisi Bələdiyyəsinin Sameba kəndi yaxınlığında və Calka rayonunun Salamaleyki kəndində zəlzələ qeydə alınıb.

Məlumata əsasən, zəlzələ Tbilisi vaxtı ilə saat 12:14-də Dmanisidən 21 km cənub-qərbdə, Sameba kəndində 2.9 bal gücündə qeydə alınıb.

Dağıntı və təlafat barədə məlumat verilimir.