ONN İnformasiya Agentliyi

Gürcüstanda parlament seçkilərinin rəsmi nəticələri AÇIQLANDI

Gürcüstanda parlament seçkilərinin rəsmi nəticələri AÇIQLANDI
03 Dekabr 2020 - 20:30

Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyası ölkədə 31 oktyabr və 21 noyabr tarixlərində iki turda keçirilən parlament seçkilərində qalib gəlib.

ONN media xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK-nın nəticələrinə əsasən, partiyanı 48.22 faiz seçici dəstəkləyib. Hakim partiya 60 mandat əldə edib. Partiyanın 90 deputat yeri olacaq, çünki “Gürcü arzusu” həmçinin bütün 30 birmandatlı dairələrdə də qalib gəlib.

Qeyd edək ki, Gürcüstan parlamentində 150 deputat təmsil olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png