ONN İnformasiya Agentliyi

Gürcüstanda polislə yerli azərbaycanlılar arasında qarşıdurma

Gürcüstanda polislə yerli azərbaycanlılar arasında qarşıdurma
10 May 2019 - 11:53

Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində polislə yerli sakinlər arasında insident baş verib.

ONN media xəbər verir ki, axşam saatlarında patrul polisinin azərbaycanlının idarə etdiyi avtomobili saxlamasından sonra tərəflər arasında mübahisə yaranıb.

Sürücü xəstəxanaya tələsdiyini və heç bir qanun pozuntusuna yol vermədiyini bildirsə də, polis əməkdaşı buna məhəl qoymayıb. Yaranan mübahisəyə avtomobildə olan digər şəxs də müdaxilə edib.

Kənd sakinlərinin bildirdiklərinə görə, mübahisə nəticəsində 3-4 nəfər saxlanılıb.

Qabal kənd sakinləri həmyerlilərinin saxlanılmasına etiraz edərək kənd mərkəzində toplaşıblar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Qabal kəndinə gedərək insidentin detalları barədə maraqlanıb və yaranmış vəziyyətin aradan qaldırlması üçün yerli sakinlərlə görüşüb.report

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png