Gürcüstandan Yunanıstana uçan təyyarəni ildırım vurub

Gürcüstanın Kutaisi şəhərindən Yunanıstanın Kavala şəhərinə uçan "Wizz Air" aviaşirkətinə məxsus təyyarəni ildırım vurub.

ONN media bildirir ki, bu barədə Kutaisi Beynəlxalq Hava Limanı xəbər yayıb.

Hadisə təyyarənin Kavalaya yaxınlaşdığı zaman baş verib. Ekipajı təyyarəni Sofiyada endirməyə məcbur olub.

Sərnişinlərin Sofiyadan Kavalaya daşınmasının təmin olunacağını bildirən Kutaisi aeroportu təyyarənin Gürcüstana qayıdacağını və Kutaisiyə 20:00-da çatacağını qeyd edib.