Həsən Ruhani Rusiyaya səfər edəcək

İran prezidenti Həsən Ruhani Rusiyaya səfər edəcək.
ONN media xəbər verir ki, İran prezident aparatının mətbuat xidmətinin rəis müavini Pərviz İsmaili bildirib ki, Ruhani noyabrın 22-də rusiyalı həmkarı Vladimir Putinin rəsmi dəvəti ilə Moskvaya səfər edəcək.
Onun sözlərinə görə, birgünlük səfərin məqsəd İran, Rusiya və Türkiyə prezidentlərinin Suriya məsələsi ilə bağlı Soçi şəhərində keçiriləcək danışıqlarda iştirak etməkdir.
P. İsmaili qeyd edib ki, prezident Həsən Ruhani həmçinin Türkiyə və Rusiya prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək.