Həsən Ruhani: Türkiyənin Suriyadakı əməliyyatı yekunlaşmalıdır

İran prezidenti Həsən Ruhani Türkiyəyə çağırış edib.

ONN media-nın məlumatına görə, İran lideri bildirib ki, Türkiyə silahlı qüvvələrinin Suriyanın Afrin şəhərində keçirdiyi əməliyyatları başa çatmalıdır.

“Afrindəki hərbi əməliyyatlar yekunlaşdırılmalıdır. Çünki bu əməliyyatlar həm Türkiyə, həm də digər tərəfin də insan itkisinə səbəb olur. Bu isə yaxşı nəticəyə gətirib çıxarmayacaq. Eyni qayda ilə biz ABŞ-ın Suriyada mövcudluğunu da qınayırıq. Bu bizim tövsiyəmiz və mövqeyimizdir. Hesab edirik ki, ABŞ qüvvələri Suriyanın dağılması məqsədini güdür”, – deyə Ruhani bildirib.

H.Ruhani əlavə edib ki, bir ordunun digər ölkənin ərazinə girməsi həmin ölkə xalqının və hökumətinin icazəsi ilə olmalıdır. Eyni zamanda, o, İran, Rusiya və Türkiyənin Suriya ilə bağlı əməkdaşlığının vacibliyini vurğulayaraq, üçtərəfli sammitin də keçirilməsinə ehtiyacın olduğunu əlavə edib.(oxu.az)