ONN İnformasiya Agentliyi

Həkimləri heyrətə gətirdi – Böyrəyi yeni doğulmuş bir körpə böyüklüyündədir

Həkimləri heyrətə gətirdi – Böyrəyi yeni doğulmuş bir körpə böyüklüyündədir
06 Dekabr 2017 - 12:56

Türkiyədə 49 yaşlı dializ xəstəsi şiddətli qarın ağrısı, ürək bulanması və qusma şikayəti ilə xəstəxanaya müraciət edib. Xəstənin kista səbəbindən 43 santimetr və 2,5 kiloqram çəkiyə çatan böyrəyi əməliyyatla alınıb.

ONN media türk mediasına istinadən xəbər verir ki, 13 ildir böyrək xəstəliyindən əziyyət çəkən şəxs, böyrəklərində yaranan kistalara görə çətin zamanlar yaşadığını bildirib.

Böyrək köçürülməsi üçün vaxt gözləyərkən, keçməyən qarın ağrıları ilə xəstəxanaya müraciət edən xəstənin demək olar ki, yeni doğulmuş bir körpə ölçüsünə çatan böyrəyi həkimləri də heyrətə gətirib.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png