ONN İnformasiya Agentliyi

Həmyerlimiz Rusiyada deputat seçildi

Həmyerlimiz Rusiyada deputat seçildi
12 Sentyabr 2019 - 18:44

Həmyerlimiz Elşən Həmzəyev Sankt-Peterburq Şəhər Dumasına deputat seçilib.

ONN media xəbər verir ki, bu barədə məlumatı millət vəkili Aydın Mirzəzadə qeyd edib.

“Sentyabrın 8-də Rusiya Federasiyasında keçirilən seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən və Vahid Rusiya Partiyasının üzvü olan həmyerlimiz Elşən Həmzəyev Sankt-Peterburq Şəhər Dumasına deputat seçilib”, – A. Mirzəzadə bildirib.

Qeyd edək ki, 1972-ci ildə Astarada doğulan Elşən Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Elşən Həmzəyev əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutun bitirib, daha sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib. O, 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan “Savalan” şirkətlər qrupunun rəhbəridir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png