ONN İnformasiya Agentliyi

Hadisə mühafizəçisini işdən çıxardı – Qalmaqal yarandı

Hadisə mühafizəçisini işdən çıxardı – Qalmaqal yarandı
16 Oktyabr 2019 - 22:46

Türkiyənin pop ulduzu Hadisənin mühafizəçisini işdən çıxarması qalmaqala səbəb olub.

ONN media xəbər verir ki, sözügedən insidentdən sonra işdən qovulan Mehmet Y-nin xanımı Gülşah Y. ilə sənətçinin meneceri, bacısı Hülya Açıkgöz məhkəməlik olub.

Buna səbəb qarşı tərəfin H. Açıkgözə şantaj xarakterli mesaj yazması olub. Gülşah Y. Sosial Müdafiə Qurumuna şikayət edəcəyini, TV-yə çıxıb qalmaqallı açıqlamalar verəcəyini bildirib.

Müğənninin bacısı isə hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmədə təqsirləndirilən şəxs H. Açıkgözü təhdid etmədiyini, onların diqqətini çəkmək üçün kobud tərzdə mesaj yazdığını vurğulayıb.

“Ərim 6 ay Hadisənin sığortasız mühafizəçisi olub. Əməyinin qarşılığını da almayıb”- deyə Gülşah Y. bildirib.

Hakim mesajların bəsit hədə xarakterli olduğunu bildirərək Gülşah Y.-nın müəyyən miqdarda təzminat ödəməsi barədə qərar çıxarıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png