Hande Erçelin adı yenədə qalmaqlda hallanır

ONN media xəbər verir ki, “Altın kelebek” mükafat mərasimində komediya nominasiyası üzrə ən yaxşı qadın aktrisa seçilən Hande Erçel aldığı mükafata görə tənqid atəşinə tutulan, daha sonra Murad Dalkılıçla sevgi münasibətinə başlayan H.Erçel, bu dəfə də estetik əməliyyat etdirməsi ilə gündəmə gəlib.

Ötən aylarda əməliyyatla sinəsini böyütdürən 24 yaşlı aktrisa, indi isə yanaqlarını kiçildib. O, yanağının ekranda böyük görünməsi səbəbindən bu əməliyyatı etdirdiyini bildirib.

Qeyd edək ki, H.Erçel hazırda “Siayah inci” serialında “Hazal” obrazını canlandırır.