ONN İnformasiya Agentliyi

Hava ilə bağlı fövqəladə vəziyyət elan edildi

Hava ilə bağlı fövqəladə vəziyyət elan edildi
03 Yanvar 2023 - 20:38

Güclü külək elektrik xətlərini zədələdiyi üçün Qazaxıstanın Cambıl vilayətinin Sarısu rayonunun hakimiyyət orqanları Janatas şəhərində təbii fövqəladə vəziyyət rejimi tətbiq edib.

ONN media xəbər verir ki, bu barədə çərşənbə axşamı Jambıl vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Sarısu rayonunun Janatas şəhərində 30 m/s-ə çatan güclü külək davam edir. Janatas-Su-Jılu şəhər kommunal müəssisəsinin ayrı-ayrı generatorlarının gücü belə şəraitdə işləmək üçün kifayət deyil. Gülək nəticəsində 20 elektrik ötürücü dirəyi yıxılıb”, – məlumatda deyilir.

Bildirilib ki, külək zəiflədikdən sonra elektrik xətlərində təmir-bərpa işlərinə başlanacaq.

Qeyd edək ki, Janatasda 21 mindən çox insan yaşayır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png