Hindistan bir ilkə imza atdı

Hindistanın Heydərabad şəhərində kredit və ya debet plastik kartlarından pulla qızıl sikkələr almağa imkan verən bankomat müştərilərə xidmət göstərməyə başlayıb.

Bu, təkcə Hindistanda deyil, həm də dünyada real vaxt rejimində işləyən ilk belə avtomatdır.

Cihaz “Goldsikka Pvt Ltd” tərəfindən istehsal edilib. Bankomatda 5 kq 24 karatlıq qızıl sikkələr saxlanılır, bu, onları səkkiz variantda – 0,5 qramdan 100 qrama qədər əldə etməyə imkan verir. Bankomatın mühüm xüsusiyyəti ondan ibarətdir ki, onun ekranındakı qızılın qiyməti London birjasında bu qiymətli metalın kotirovkalarında dəyişikliklərə uyğun olaraq real vaxt rejimində yenilənir.

ATM-də etibarlı müdafiə sistemi quraşdırılıb – videokamera, səs siqnalı və polislə əlaqə xətti var.

Fəaliyyətə başladığı ilk gün innovativ bankomat 20 müştəriyə xidmət göstərib.