Hindistan ilk PUA-larını sınaqdan keçirdi

Hindistan tarixində ilk dəfə olaraq istehsal etdiyi milli pilotsuz uçuş aparatlarının sınağını keçirib.

ONN media  xəbər verir ki, sınaqlar Yeni Dehlidə keçirilən ordu günündə baş tutub. Nümayişlər zamanı 75 PUA eyni anda hərəkət edərək, müxtəlif hədəfləri məhv edib.

Bildirilib ki, “Combat Air Teaming System” (CATS) layihəsi çərçivəsində Hindistan PUA sisteminin inkişafını sürətləndirərək, Çin ilə sərhəddə, Ladakxda istifadə etməyi planlaşdırır.