Hindistan yeni raketini sınaqdan keçirib

Hindistan nüvə başlığı daşıya bilən orta mənzilli “Agni-3” ballistik raketinin sınaq buraxılışını həyata keçirib.

ONN media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Raket Hindistanın Odişa ştatının Abdul Kalam adasındakı sınaq poliqonundan buraxılıb.

Sınaq Strateji Qüvvələr Komandanlığı tərəfindən həyata keçirilən müntəzəm təlim atışlarının bir hissəsi olub. Sınaq zamanı sistemin bütün əməliyyat parametrləri təsdiqlənib.

“Agni-3” 3 500 kilometrə qədər uçuş məsafəsinə malikdir. 17 metr uzunluğunda, 2 metr diametrində və atış çəkisi təxminən 50 ton olan raket artıq Hindistanda istifadəyə hazırdır.