Hökmü eşidən general zəhər içdi – FOTOLAR

Niderlandın Haaqa şəhərində keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunalın iclasında xorvatiyalı general Slobodan Pralyak apellyasiya məhkəməsi tərəfindən hökm elan edildikdən sonra zəhər içib.

ONN media xarici mediaya istinadən xəbər verir ki, Pralyak zəhəri içəndən sonra "Sadəcə zəhər içdim. Mən günahkar deyiləm, bu qərara qarşı çıxıram" deyib. Hadisədən sonra məhkəmə zalına həkim çağırılıb. 

"Prliç və digərləri" adını alan məhkəmə prosesində sabiq hərbi rütbəli şəxslər olan Yadranko Prliçə 25 il, Slobodan Pralyak və Milivoy Petkoviçə 20, Valentin Çoriçə 16, Berislav Puşiçə isə 10 il həbs cəzası verilmişdi. 

Onlar tarixi Mostar körpüsünün dağıdılması, bosniyalıların öldürülməsinə cəhd və digər hərbi cinayətlərdə ittiham edilirdilər.