“Huawei” istifadəçilərinə şad xəbər

“Hongmeng” əməliyyat sistemi smartfonlar üçün nəzərdə tutulmayıb.
ONN media verir ki, bunu “Huawei Technologies”in böyük vitse-prezidenti Çen Lifan bildirib.Onun sözlərinə görə, şirkət mobil telefonlarda “Android” sistemindən istifadə etməkdə davam edəcək, “Hongmeng” isə sənayə sahəsində istifadə olunacaq.
Qeyd edək ki, ABŞ-ın “Huawei”ə qarşı tətbiq etdiyi sanksiyalardan sonra şirkət özünün əməliyyat sisteminin hazırlandığını bildirmişdi.