III Çarlz rəsmən Böyük Britaniya kralı oldu

III Çarlz rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub.

ONN media xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi başa çatıb.

Qeyd edək ki, Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq.

İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.