ONN İnformasiya Agentliyi

İki cəbhədən sıxışdırılan PKK “Zeytun budağı”nı yalnız bu yolla ləngidir – Afrindən SON GÖRÜNTÜLƏR

İki cəbhədən sıxışdırılan PKK “Zeytun budağı”nı yalnız bu yolla ləngidir – Afrindən SON GÖRÜNTÜLƏR
13 Mart 2018 - 10:08

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Suriyanın Afrin şəhərində birgə həyata keçirilən “Zeytun budağı” hərəkatının 53-cü günüdür.

Publika.az xəbər verir ki, “mehmetçik”lərin Afrinin mərkəzinə doğru irəliləyişindən qorxan PKK/YPG terror təşkilatının başçılarının şəhərdən qaçmağa başlayıb.

Şəhərin mərkəzindən çıxışlarına icazə verilməyən dinc sakinlərin də terrorçulara təzyiqləri artmaqdadır. Terrorçular canlı sədd kimi istifadə edilmək istəmədikləri üçün bölgədən getməyə çalışan dinc sakinləri yalnız silah gücünə şəhərdə saxlaya bilir.

Dinc sakinlərə gücü çatmayan PKK cənubdakı nəzarət məntəqələrindən çağırış edərək əlavə qüvvələrin şəhərin mərkəzinə cəlb edilməsini istəyib. Bu hadisələr terrorçuların şəhərin mərkəzindəki nəzarəti əldən verdiyini göstərir.

TSQ-ya aid pilotsuz təyyarələrin Afrinin cənubunda qeydə aldığı görüntülərdə xalqa aid avtomobillərin şəhərdən çıxmaq üçün YPG/PKK-nın nəzarət məntəqəsinin qarşısında böyük konvoy yaratdığı görünür. Təşkilat isə adambaşına 1000 dollar rüşvət almaqla, dinc sakinlərin yalnız TSQ və ASO-nun hədəfində olan bölgələrə çıxmasına icazə verir. Onların məqsədi hərəkatın önünə dinc sakinlərdən ibarət sədd çəkmək və TSQ-nın əməliyyatlarını ləngitməkdir.

Yerli qaynaqlar PKK-nın Kandil dağından Afrinə gələn terrorçularla Əsəd rejimi və İranın dəstəklədiyi qüvvələrin nəzarətindəki Nubul bölgəsindən çıxdığını bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png