ONN İnformasiya Agentliyi

İlk sürücüsüz sərnişin avtobusu sınanır

İlk sürücüsüz sərnişin avtobusu sınanır
31 Yanvar 2018 - 18:00

Stokholmda ilk sürücüsüz sərnişin avtobusunun sınaqları keçir

ONN media bildirir ki, İsveç üçün yeni ictimai nəqliyyat növü elektriklə işlədiyinə görə yavaş və səssiz hərəkət edir. Altı oturacağın quraşdırıldığı 3,3 ton ağırlığında avtobusun sərnişin tutumu 12 nəfər təşkil edir. Təhlükəsizliyə riayət etmək üçün nəqliyyat vasitəsinin daxilində hərəkətə məsul sürücü yerləşdirilib.Məlumata görə, avtobus yoldakı bütün maneələri qeydə alan və əyləcə basmaq lazım gələndə siqnal verən xüsusi ötürücülərlə təchiz edilib. Bəzən ötürücülər təkcə real maneələri deyil, həm də buxar tüstüsü kimi ziyansız obyektlərə reaksiya verirlər. Belə hallarda avtobusun hərəkəti zəifləsə də, zərurət yarandıqda əllə idarəetmə rejiminə keçərək çətin yeri sürətlə qət etmək mümkündür.Fransanın "Easymile" şirkətinin iki avtonom avtobusunun 6 ay ərzində Stokholmda sınaqdan keçirilməsi planlaşdırılır. Nəqliyyat vasitələri əvvəlcədən proqramlaşdırılan 1,5 kilometrlik marşrut üzrə saatda 20 km sürətlə hərəkət edəcəklər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png