İlon Maskdan qalmaqallı qərar

İlon Maskın rəhbərliyi altında tvitter marixuana reklamlarına icazə verən ilk böyük sosial media şirkəti olub.

ONN media xəbər verir ki, platforma marixuananın qanuni olduğu ABŞ ştatlarından daha çox reklam cəlb etmək üçün bu qaydaları yumşaldır. Tvitterin məlumatına görə, rəsmi olaraq reklam verənlər marixuana bağlı kreativ qablaşdırılmış formada reklamlar da verə bilərlər. Əvvəllər reklam verənlər öz reklamlarında məhsulu göstərə bilmirdilər. Bundan sonra isə onlar məhsullarını da göstərə biləcəklər.