ONN İnformasiya Agentliyi

İmamoğludan “bələdiyyə sədrləri” olayına reaksiya

İmamoğludan “bələdiyyə sədrləri” olayına reaksiya
19 Avqust 2019 - 14:00

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu üç şəhərin kürdyönlü Xalqların Demokratik Partiyasından olan bələdiyyə sədrlərinin vəzifələrindən qovulmasına sərt reaksiya göstərib.

ONN media xəbər verir ki, o bu barədə Tvitter səhifəsində paylaşım edib.

“31 mart bələdiyyə seçkisində millətin səsiylə seçilən Diyarbəkir, Van və Mardin bələdiyyə sədrlərinin vəzifələrindən azad edilərək, yerlərinə qəyyum təyin edilməsi demokratiya ilə izah edilə bilməz. Millətin iradəsini heçə saymaq qəbuledilməzdir”, – o bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyədə 3 bələdiyyə sədri – Səlcuq Mızraqlı (Diyarbəkir), Əhməd Türk (Mardin) və Bedia Özgökçə Ertan (Van) PKK-ya dəstək ittihamı ilə vəzifələrindən azad edilib. Bundan sonra Diyarbəkir, Mardin və Van da daxil olmaqla, 29 bölgədə PKK-ya qarşı əməliyyatlara start verilib. Nəticədə 418 şübhəli şəxs terror təşkilatına dəstək verməkdə ittiham edilərək saxlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png