ONN İnformasiya Agentliyi

İmran Xan: Nüfuzum üçün mübarizə aparacam!

İmran Xan: Nüfuzum üçün mübarizə aparacam!
02 İyun 2023 - 12:10

Pakistanın keçmiş Baş naziri İmran Xan Milli Hesabat Bürosuna bildirib ki, korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə qanunsuz həbslə əlaqədar böhtan və reputasiyaya dəymiş ziyana görə 5,8 milyon dollarlıq iddia qaldırmaq niyyətindədir.

ONN media xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.

“Mən Milli Hesabat Bürosunun rəhbərinə hüquqi xəbərdarlıq etdim. Həbsimlə bağlı order konstitusiyaya və qanuna zidd olaraq verilib. Ali Məhkəmənin binasında zorakılıqla həyata keçirilən qanunsuz və əsassız həbs böhtan atmaq məqsədi daşıyıb. Bu, mənim reputasiyama mənfi təsir etdi. Beləliklə, mənim diffamasiya işi qaldırmağa tam haqqım var”, – o qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png