ONN media

İngiltərədə təhsil alanlara ŞAD XƏBƏR: bundan sonra…

İngiltərədə təhsil alanlara ŞAD XƏBƏR: bundan sonra…
11 Sentyabr 2019 - 15:19

İngiltərədə təhsil alan xarici ölkə vətəndaşlarının universiteti bitirdikdən sonra iş tapmaları üçün ölkədə qalmalarına icazə verilən viza müddəti uzadılıb.

ONN media xəbər verir ki, vizanın müddəti 4 aydan 2 ilə qaldırılıb.

Daxili İşlər Nazirliyi tərəfindən gündəmə gətirilən qanun layihəsi ilə birlikdə gələn ildən etibarən bakalavr və magistratura dərəcələrinə sahib olan tələbələr 2 il ərzində İngiltərədə qala biləcək.

Qərarın 450 minə yaxın tələbəyə şamil edilməsi gözlənilir.

İngiltərə bu qanuna universitetlərə qeydiyyatın beynəlxalq səviyyədə azalmasından sonra ehtiyac duyub.

Baş nazir Boris Conson bu qanun sayəsində tələbələrin potensiallarını ortaya qoya biləcəyini və İngiltərədə karyera quracaqlarını deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png