ONN İnformasiya Agentliyi

iPhone 18 yaşlı oğlanın həyatını xilas etdi

iPhone 18 yaşlı oğlanın həyatını xilas etdi
12 Dekabr 2019 - 23:27

“iPhone” sayəsində yeniyetmənin həyatı xilas edilib.

ONN media xəbər verir ki, ABŞ-da yaşayan 18 yaşlı Gael Salcedo adlı şəxs “iPhone” smartfonu sayəsində həyatda qalıb.

Belə ki, avtomobili çaya düşən yeniyetmə sudan çıxmaq üçün çalışsa da, əlindən heç nə gəlməyib. Anidən “Siri”yə “Siri, Fövqəladə hallardan kömək istə”, – deyə qışqıran oğlan qısa zamanda hadisə yerinə gələn xilasetmə dəstəsinin köməkliyi ilə çaydan çıxarılıb.

“Birdən hər yer bulanıq görünməyə başladı. Özümü itirdim. Telefonumu da tapmırdım. Bu anda birdən “Siri”ni çağırıb, ondan yardım istədim”, – deyə Gael Salcedo mətbuata açıqlamasında söyləyib.

Qeyd edək ki, Siri “Apple”nin iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş fərdi ağıllı assistent və naviqasiya proqramıdır. Gael Salcedo “iPhone” sayəsində həyatı xilas edilən ilk insan deyil. Buna bənzər hadisələr dəfələrlə baş verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png