ONN İnformasiya Agentliyi

İrəvan yenə QARIŞDI: Bu dəfə Nikola…

İrəvan yenə QARIŞDI: Bu dəfə Nikola…
01 Dekabr 2020 - 21:22

İrəvanın mərkəzi hissəsində növbəti etiraz aksiyası başlayıb.

ONN media xəbər verir ki, paytaxtın Maştosa prospekti ilə Tumanyan küçəsinin kəsişməsində Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən fəallar trolleybusu saxladıblar. Bəziləri trolleybusa girib pirotexniki vasitələr yandırıb, Ermənistan bayrağı qaldırıblar.

Onlar “Nikol-xain””, “Nikol, get!” şüarları səsləndiriblər.

Polis əməkdaşları fəalları trolleybusdan düşürüblər. Polisin məlumatına görə, 40-a yaxın insan saxlanılıb.

Polis jurnalistlərə və operatorlara qarşı da güc tətbiq edib, bəzilərini bölməyə aparmağa çalışıblar. Daha sonra Yerevan polis rəisinin müavini Artur Xudinyan bunun təsadüfən baş verdiyini bəyan edib.

Yoldan keçən nəqliyyat vasitələrinin sürücüləri nəqliyyat vasitələrini saxlayaraq etirazçılara qoşulublar.

Maştosa prospekti nəqliyyatın hərəkəti üçün qismən bağlanıb. Aksiya keçirilən yerdə çoxlu sayda polis var. Vətəndaşlar da həmin əraziyə axışırlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png