İrəvanda atışma olub

Bu gün səhər saatlarında İrəvanda atışma olub.

ONN media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Məlumata görə, atışma nəticəsində İrəvanın Davitaşen rayonu rəhbərinin müavini Koryun Arakelyan yaralanıb.

Polis bildirib ki, atışma İrəvanın Başincaqyan küçəsindəki evlərin birində baş verib.

Faktla bağlı istintaq aparılır.