ONN İnformasiya Agentliyi

İrəvanda GƏRGİN GECƏ: Silahlı şəxs saxlanıldı

İrəvanda GƏRGİN GECƏ: Silahlı şəxs saxlanıldı
02 Mart 2021 - 23:14

Ermənistanın paytaxtı Yerevanda parlamentin binası qarşısında müxalifətin qurduğu çadır düşərgəsində üzərində bıçaq olan sərxoş kişi saxlanılıb.

ONN media  xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edilib ki, axşam saatlarında müxalifət tərəfdarları parlamentin binası qarşısına toplaşıb. Çadırlardan birinə gözlənilmədən bıçaqla silahlanmış sərxoş kişi girib. Ancaq müxalifətçilər onu çadırdan itələyib çıxarıblar və polis əməkdaşlarına təhvil veriblər.

Silahlı şəxs saxlanılıb, təhqiqat aparılır.

Xatırladaq ki, artıq bir neçə gündür, Yerevanda iqtidar əleyhinə etiraz aksiyaları keçirir. Bir sıra müxalifətçilər çadır quraraq, parlamentin binası qarşısında gecələyirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png