ONN İnformasiya Agentliyi

İrəvanda GƏRGİNLİK: 5 mindən çox tələbə…

İrəvanda GƏRGİNLİK: 5 mindən çox tələbə…
16 Sentyabr 2020 - 10:20

İrəvanda onlarla tələbə Ermənistan hökumətinin binası önündə etiraz aksiyası keçirib.

ONN media  xəbər verir ki, buna səbəb ölkənin bəzi universitetlərində təhsil haqlarının artırılmasıdır.

İrəvan Dövlət Universitetinin Tələbə Şurasının sədri David Apoyanın jurnalistlərə verdiyi məlumata görə, etirazçılar yürüşə İDU-nun əsas korpusundan başlayıblar.

“Koronavirusla əlaqədar bir çox tələbənin valideynləri işlərini itiriblər, onlar maddi cəhətdən əziyyət çəkirlər”, – D.Aloyan bildirib.

Etirazçılar tələblərini yazılı şəkildə hökumətə təqdim ediblər. Bəyanatı 5 mindən çox tələbənin imzaladığı bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png