İrəvanda güclü partlayış olub- Ölənlər var

İrəvandakı “Surmalu” ticarət mərkəzində partlayış baş verib.

ONN media xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerinə 6 yanğın-xilasetmə bölməsi və təcili tibbi yardım maşınları göndərilib.

Nazirlik çoxlu sayda yaralının olduğunu bildirib.

Erməni Teleqram kanallarının yaydığı məlumata görə, partlayış pirotexniki avadanlıqların yanması nəticəsində baş verib.

***

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəticəsində 1 nəfər ölüb, 20 nəfər isə yaralanıb.