ONN İnformasiya Agentliyi

İrəvanda qorxu artır: Azərbaycan və Türkiyə ordusu hərəkətə keçdi

İrəvanda qorxu artır: Azərbaycan və Türkiyə ordusu hərəkətə keçdi
28 İyul 2020 - 14:41

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iyulun 29-dan avqustun 10-dən birgə genişmiqyaslı hərbi təlimlər keçirəcəyi işğalçı Ermənistanda böyük təşviş yaradıb.
Erməni şərhçi Karen Ambartsum Ermənistan hakimiyyətinin başını quma soxduğunu və heç nəyi görmək istəmədiyini yazır.
Onun sözlərinə görə, Türkiyə Azərbaycana dəstəyini gizlətmir və Prezident Rəcəb Tayyip Ərdoğan səviyyəsində bunu açıq şəkildə bəyan edir.
“Amma Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Rusiya başda olmaqla bütün üzvləri bizə dəstək vermir. KTMT Bakını dəstəkləyir, Türkiyənin timsalında da NATO Azərbaycana bu dəstəyi verir. Budur, Azərbaycan və Türkiyə genişmiqyaslı hərbi təlimlərə başlayır. Ermənistan faktiki olaraq təklənib”, – o qeyd edir.
Erməni şərhçi yazır ki, Paşinyan hakimiyyəti Tovuz döyüşlərində qələbə haqqında eyforiya ilə danışır: “Bu qələbə deyildi. Qələbə yalnız o halda mümkündür ki, rəqibin strateji hündürlüklərini ələ keçirəsən, biz buna nail ola bilməmişiksə, hansı qələbədən danışa bilərik? Azərbaycan getdikcə güclənir, Ermənistan hakimiyyəti isə baş verənlərin fərqində deyil. 2016-cı ildə Azərbaycan bir sıra yüksəlikləri tutmağı bacardı. Hərbi cəbhədə uğurları davam edir və güman ki, qarşıdakı dövrdə də belə olacaq. Bizim hakimiyyət isə ona kömək edə biləcək müttəfiqləri ilə münasibətlərini korlamaqdan başqa heç nə etmir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png