İrəvandan Azərbaycana qarşı daha bir təxribat

Ağırlıqqaldırma üzrə Avropa çempionatının bu gün İrəvanda keçirilən açılış mərasimində erməni əxlaqsızlığı, hüquqtanımazlığı və düşmənçiliyinin daha bir nümunəsi yaşanıb.

ONN media xəbər verir ki, Azərbaycan bayrağı səhnəyə gətirilərkən yerdən bir erməni qaçaraq, Bayrağımızı qapıb və ona od vurub.

Hər kəsin gözü qarşısında erməninin bu cür hərəkəti azərbaycanlı idmançıların təhlükəsizliyinin qorunmaması və ya qəsd anlamına gələ bilər.

Xatırladaq ki, İrəvanda sabah start götürəcək yarışa Azərbaycandan Nazilə İsmayılova (49 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq) qatılıb