ONN İnformasiya Agentliyi

İrəvandan işğaldakı kəndlərimizlə bağlı açıqlama

İrəvandan işğaldakı kəndlərimizlə bağlı açıqlama
15 Mart 2024 - 21:50

Ermənistan Nazirlər Kabineti Azərbaycanın anklav olmayan 4 kəndini (Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri) tələb etməsi ilə bağlı yerli medianın sorğusunu cavablandırıb.

ONN media xəbər verir ki, Ermənistan Baş nazirliyi görüşlərdən sonra iki ölkə tərəfindən təsdiq edilmiş iş proseduruna uyğun olaraq, rəsmi press-relizlərdən kənarda dəqiqləşdirmələrə və şərhlərə icazə verilmədiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, son görüşdə bu məsələ ilə bağlı başqa razılıq əldə olunmayıb:

“Ermənistan üçün məqbul yanaşma qanuni qüvvəyə malik hüquqi sənədlər əsasında bu ərazilərin delimitasiyası və demarkasiyasına yanaşmadan çıxış edərək, sonradan eksklavlar/anklavlar məsələsinə baxılmasıdır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png