İrəvandan Tehrana uçuşlar başlayır

Ermənistanın “Fly One” aviadaşıyıcısı İrəvandan Tehrana və əksinə müntəzəm uçuşlar həyata keçirəcək.

ONN media xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Uçuşlar iyunun 6-da başlayacaq və həftədə dörd dəfə: bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri yerinə yetiriləcək.

Mayın ortalarında şirkət İrəvandan Larnakaya və əks istiqamətdə müntəzəm uçuşların başlandığını elan edib.