ONN İnformasiya Agentliyi

İrəvan-Ankara danışıqları aparılır?

İrəvan-Ankara danışıqları aparılır?
19 Aprel 2021 - 17:00

İrəvan və Ankara arasında heç bir danışıqlar aparılmır.

ONN media  xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müşaviri Marta Ayvazyan deyib.

“Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan və Türkiyə arasında danışıqlar aparılmır və aparılması nəzərdə tutulmayıb”, – deyə o bildirib.

Ayvazyan qondarma “erməni soyqırımı”nın tanıdılması məsələsinin Ermənistan Xarici İşlər Nazirliyinin əsas vəzifələrindən biri olduğunu deyib.

Qeyd edək ki, erməni müxalifləri Ermənistanın Türkiyə ilə gizli danışıqlar apardığı haqda vaxtaşırı olaraq bəyanatlar verirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png