ONN İnformasiya Agentliyi

İrəvan Bakının 25 avqust tələbini icra edəcək?

İrəvan Bakının 25 avqust tələbini icra edəcək?
07 Avqust 2022 - 9:30

Azərbaycanın 25 avqusta qədər rus sülhməramlı kontingentinin Laçın dəhlizinə alternativ yola keçirilməsi və Laçında müvəqqəti məskunlaşdırılan ermənilərin şəhəri tərk etməsi tələbinin icrası istiqamətində iş gedir.

ONN media xəbər verir ki, Azərbaycan 10 noyabr 2020-ci il bəyanatına əsasən üzərinə düşən yolun inşasını başa çatdırıb, Ermənistan tərəfdən isə yeni yolun qalan hissəsi tamamlanmayıb.

Erməni mediasının Ermənistan rəsmilərinə istinadla yazdığına görə, sərhəddən Gorus rayonunun Kornidzor kəndinə qədər olan 11 km-lik hissəni çəkməklə Ermənistan yolu öz magistralına birləşdirməlidir. Ancaq bu yolun çəkilişi üçün tender 1 avqustda elan edilib və onun 25 avqusta qədər hazır olacağı gözlənilmir.

Bildirilib ki, yeni yol Ermənistan sərhədindən magistrala bir neçə km-lik torpaq yolla birləşdiriləcək və 25 avqustdan Xankəndiyə gediş-gəlişdə o hissədən keçiləcək.

1 avqustda tenderdə 3 şirkət qalib gəlib və onlar qısa müddətdə öhdələrinə düşən hissəni təhvil verməklə yolu tamamlayacaqlar.

Qeyd edilib ki, yeni yolu da rus sülhməramlıları qoruyacaq və orda Azərbaycan əsgəri və yaxud polisi olmayacaq. Rus sülhməramlılarının məsuliyyət zonasına burada da yolun 2,5 km sağ və 2,5 km sol olmaqla, 5 km-lik eni veriləcək.

Beləliklə, Ermənistan 25 avqusta qədər tələbi yerinə yetirə biləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png