İrəvana qaytarılan erməni hərbçilərə cinayət işi açıldı

2021-ci il noyabrın 16-da Azərbaycan tərəfindən saxlanılan və bir qədər sonra Ermənistana qaytarılan altı hərbçidən heç biri zərərçəkmiş kimi tanınmayıb.

Bu barədə Sputnik Armenia yazıb.

Məlumata görə, Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsindən bildirilib ki, Azərbaycan tərəfindən qaytarılan 26 hərbçidən 6-sı barəsində cinayət işi başlanıb və onlar həbs edilib. Həbs olunanlar arasında üç zabit də var. Onların heç biri zərərçəkmiş kimi tanınmayıb.